AZ

İcbari Sığortadan RƏSMİ AÇIQLAMA

İcbari sığorta ilə xəstəxanalara müraciət edən çox sayda vətəndaş narazıdır. Xəstəxanalarda xəstələrə laqeyd yanaşılır, hətta əməliyyat olunacaq şəxslərə “heç nəyin yoxdur” deyirlər, vətəndaş da pul tapıb özəl xəstəxanalara müraciət edir. Onlar bildirirlər ki, maaşlarından müəyyən məbləğ sığortaya getdiyi halda məmnun deyillər. Həmin vətəndaşların maaşlarından tutulan məbləği ləğv etmək mümkündürmü, yəni sığortaya pul ödəməmək mümkündürmü?

Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusuna açıqlama verən İcbari Sığorta Üzrə Dövlət Agentliyindən bildirilib ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən icbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığorta haqlarının müntəzəm ödənilməsinin məcburiliyidir. Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

“Qeyd edək ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində vətəndaş neqativ hal ilə rastlaşdıqda ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edə bilər. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı Mərkəzinə və ya TƏBİB-in 815 Çağrı mərkəzinə zəng edə bilər.
Qanunvericiliyə əsasən vətəndaşın şikayəti müvafiq qaydada araşdırılır və vətəndaşın probleminin həlli istiqamətində tədbirlər görülür”.

 

Dəniz Pənahova

Seçilən
32
tribunainfo.az

1Mənbələr