AZ

İkardinin keçmiş arvadı türklərə mesaj yolladı: "Xoşbəxt deyiləmsə, gedərəm" - FOTO

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin keçmiş arvadı Vanda Nara canlı yayımda repçi L-Qante ilə dodaq-dodağa öpüşməsi Türkiyədə futbol azarkeşlərinin onu "topa tutması"na səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nara etirazlara “Türkiyə” başlıqlı paylaşımla cavab verib.

O bildirib ki, istədiyi kimi yaşamaq haqqıdır: "Maço mədəniyyəti mənim özüm və qızlarım üçün deyil. Mən artıq ayrılmışam və istədiyim şəxslə bir yerdə yaşamaqda azadam. Hər şeydən əvvəl bu, mənim üçün yaxşıdır. Fanatlar öz kumirləri ilə həqiqətən fəxr etmək üçün hər vəziyyəti bilməlidirlər. Uşaqlarıma maddi cəhətdən tək baxıram, evimi köçürməkdə çətinlik çəkirəm və təəssüf ki, qızlarımın və təhdid altında girov saxlanılan ev heyvanlarını geri almaq üçün çarpışıram. Ümid edirəm ki, onların da mənim kimi idealları var. Əgər mən bir yerdə xoşbəxt olmaramsa, çıxıb gedərəm. Mən heç kimin xarici görünüşünə əhəmiyyət vermirəm. Sırf yalançı ailə xoşbəxtliyi göstərmək özümü zorlaya və mutsuz həyat sürə bilmərəm"

Nara daha sonra bildirib ki, qızları iə bir yerdə xoş həyat sürür: "Uşaqlarım üçün narahat olmayın, mənim yaxşı olduğum bir şey varsa, o da yaxşı ana olmaqdır...". 

Fərid Aslan
MİA.AZ

Seçilən
18
1
mia.az

2Mənbələr