AZ

Respublikaçılar yönümlü  Fox News kanalı Trampın qələbəsini elan edib, lakin ABŞ-ın digər nəşrləri hələ yarışın bitməsi barədə məlumat verməyib.

Əgər Tramp həqiqətən qalib gəlsə, onun məğlubiyyəti və geri dönüşü demək olar ki, əsr yarımdan sonra unikal hadisə olacaq.

Respublikaçı namizəd Donald Tramp 277, Demokrat Kamala Harris isə 226 səs toplayıb, Fox News xəbər verir.

Qalib gəlmək üçün namizədlər 270 seçici (elektoral) səsini almalıdırlar. Səslərin rəsmi hesablanması başa çatmayıb. Fox News respublikaçıları dəstəkləməklə tanınır.

Demokratları dəstəkləyən “The New York Times” respublikaçının qələbəsini 95%-dən çox ehtimalla mümkün sayır, The Hill onu yarışda artıq qalib hesab edir, CNN  proqnozlar vermir.

Seçilən
16
turan.az

1Mənbələr