AZ

Bu sammit mesajlarımızı dünyaya çatdırmağa imkan yaradır - İordaniyanın Dinlərarası Birgəyaşayış Araşdırmalar Mərkəzinin sədri

Bakı. Trend:

Bu sammit imkan verir ki, öz mesajlarımızı dünyaya çatdıraq.

Trend-inməlumatına görə, bunu İordaniyanın Dinlərarası BirgəyaşayışAraşdırmalar Mərkəzinin sədri Nabil Haddad Dini Liderlərin QlobalBakı Sammitinin ikinci günündə deyib.

O, bu gün dünyada çoxlu sayda münaqişə ocaqlarının olduğunudiqqətə çatdırıb.

“Bu gün təbiətimiz müharibələrdən çox əziyyət çəkir. Torpağaçiçək əvəzinə mina əkirlər. Biz din xadimləri olaraq səylərimizibirləşdirməliyik ki, təbiətimizi qoruyaq. Biz Bakıdan çağırışedirik. Səmadakı kimi yerdə də əminamanlıq olmalıdır”, - deyə oəlavə edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoruRəvan Həsənov isə iştirakçıların diqqətə çatdırıb ki, Azərbaycan daminalardan ən çox əziyyət çəkən ölkələrdən biridir.

“Siz çox mühüm bir məsələyə toxundunuz. İşğal dövründə ermənilərAzərbaycan ərazilərinə xeyli minalar basdırıb və çoxlu saydainsanlar bu minaların qurbanına çevrilib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
14
1
az.trend.az

2Mənbələr