Rusiyanın doqquz regionunda son bir neçə gündə uşaqlarda Kokisaki virusuna bənzər xəstəlik aşkarlanıb.
Gundem.az BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazır.
Nəşrin məlumatına görə, Moskva, Sankt-Peterburq, Krasnodar diyarı, Tatarıstan, Vladimir, Bryansk, İjevsk, Kaluqa və Moskva vilayətlərində təhlükəli xəstəlik aşkarlanıb. Eyni zamanda, İjevsk vilayətinin Səhiyyə Nazirliyi regionda heç bir yoluxma halının qeydə alınmadığını bildirib.
Kokisaki virusu öskürək, qızdırma, boğaz ağrısı, səpgi ilə müşayiət olunur. Çox vaxt xəstəlik kurort ölkələrində tətil edən ruslarda qeydə alınır. Qurum bu simptomları görən turistlərə xüsusi yaradılmış qaynar xəttə müraciət etməyi tövsiyə edib.
Bir gün əvvəl Yekaterinburqdan olan həkim Aleksandr Solovyov demişdi ki, Koksaki virusu Rusiyada yeni pandemiyaya səbəb olmayacaq, ona görə də bununla bağlı panikaya düşməyə ehtiyac yoxdur.