Bakı. Trend:
Azərbaycanda ətraf mühit, sosial və korporativ idarəetmə (ESG)üzrə strateji sənəddə nəzərdə tutulmuş beş planlaşdırılmışmərhələdən üçü artıq tamamlanıb, qalan ikisinin isə yaxın vaxtlardatamamlanması gözlənilir.
Trend xəbər verir ki, bunuAzərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri Vüsal Şıxəliyev "Azərbaycanın dayanıqlıinkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG)üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsrolunmuş Konfransda bildirib.
"Dayanıqlı inkişaf və iqtisadi artımın sürətləndirilməsiölkəmizdə dövlət başçısı tərəfindən təsdiq edilmiş strategiyalarlamüəyyən edilir və dövlət proqramlarında mərkəzi yer tutur. Buproqramlar çərçivəsində sosial-iqtisadi inkişaf üçün milliprioritetlər müəyyən edilib və bunlardan biri yaşıl iqtisadiyyatıninkişafıdır. Bu əsas prinsiplərə söykənərək, ətraf mühitinqorunması, sosial məsuliyyət və korporativ idarəetmə, habelə ESGprinsiplərinə uyğun hüquqi baza və ekosistemin yaradılmasıistiqamətində dövlət siyasətinin yönləri müəyyən edilib", — obildirib.
Vüsal Şıxəliyev əlavə edib ki, ESG üzrə strateji sənədAzərbaycanda hələ 2022-ci ildə hazırlanıb və dövlət tərəfindəntəsdiq edilib.
"Bu sənəd 5 əsas istiqamət üzrə sistemli tədbirlər nəzərdətutur. Bu gün qürurla bildirə bilərik ki, planlaşdırılan 5mərhələdən 3-ü artıq tamamlanıb. Qalan 2 mərhələ - ESGprinsiplərinin özəl sektora inteqrasiyası və dövlət orqanlarınınfəaliyyəti, həmçinin qiymətləndirmə və monitorinq alətlərinintətbiqi yaxın vaxtlarda həyata keçiriləcək", — V.Şıxəliyev əlavəedib.