AZ

“Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış mərasimi keçirilib

Aşağı Göyçəli Kəndində “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış tədbirində məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və Khan Academy-nin Azərbaycan nümayəndəliyi iştirak edib.

Layihə çərçivəsində yaradılan rəqəmsal siniflər, ənənəvi tədris metodları ilə yanaşı, fəal öyrənmə mühitini təmin edəcək. Rəqəmsal siniflər vasitəsilə şagirdlər, "LearnStorm" proqramından istifadə edərək dərs prosesinə daha həvəslə qoşulma imkanı əldə edəcək, fərdi bacarıqlarını üzə çıxararaq dərslərə olan maraqlarını artıracaqlar. Khan Academy-nin təqdim etdiyi bu rəqəmsal həllər, şagirdlərin öz uğurlarını izləmələrinə və rəqabətli öyrənmə mühitində biliklərini inkişaf etdirmələrinə şərait yaradacaq.

Xatırladırıq ki, “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsi Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən Ə.Həmidoğlu adına tam orta məktəbdə icra olunur. Layihə rəhbəri Günay Ələsgərova Mahmud qızıdır. Layihənin əsas məqsədi şagirdlərin rəqəmsal resurslardan istifadəsini öyrənmək, akademik nailiyyətlərini artırmaq və rəqəmsal biliklərini inkişaf etdirməkdir. Bu məqsədlə Khan Academy platformasında mövcud olan təhsil mənbələrindən istifadə ediləcək.

 

Seçilən
15
tehsil.biz

1Mənbələr