ABŞ seçkilərinin nəticələrinə görə, Respublikaçılar Partiyası Senatda səs çoxluğu əldə edib. Onlar 100 yerdən 51-ni alıblar.
Qaziler.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Qərbi Virciniyada Respublikaçıların qələbəsindən sonra Demokratlar Senata nəzarəti itiriblər.
Senatda Respublikaçılar Partiyasından olanların çoxluğu Donald Trampın mümkün prezidentliyini gücləndirəcək.
CNN-in məlumatına görə, Senatda respublikaçılar Trampın proqramını dəstəkləyə və bir çox mühafizəkarların köməyi ilə məhkəmə sisteminin əhəmiyyətli dərəcədə yenidən qurulmasını bərpa edə biləcəklər.
QAZİLER.AZ