AZ

“Rusiya - Ukrayna müharibəsini 24 saata bitirəcəm” - Tramp söz verdi

Xəbər veridiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında Demokrat Kamala Harris və Respublikaçı Donald Trampın prezidentlik uğrunda mübarizə apardığı ABŞ seçkilərində seçki qutularının əksəriyyətinin nəticələri açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,  açıqlanan qeyri-rəsmi nəticələrə görə, Donald Tramp rəqibi Harrisi məğlub edərək ABŞ-ın 47-ci prezidenti olub.
 
Tramp nələr vəd etmişdi?

Dünyanın yaxından izlədiyi seçki nəticələri bir çox ölkələrə birbaşa və ya dolayısı ilə təsir edəcək. Belə olan halda Trampın seçkiqabağı vədləri də maraq doğurub.
 
Tramp inflyasiyaya son verəcəyini vəd edərək, ABŞ-ı yenidən əlverişli hala gətirəcəyini vəd edib və faiz dərəcələrini aşağı salacağına söz verib.
 
Mühacirlərə bağlı sərt vədlər

Mühacirlərlə bağlı gözlənilənləri etməyən demokratlar bu mövzuda tez-tez tənqidlərə məruz qalıb. Tramp isə qeyri-qanuni mühacirlərə qarşı kifayət qədər sərt davranacağını bildirib. O, xüsusilə Meksika sərhədində divar çəkəcəyini və sərhədi bağlayacağını vəd edib.

Tramp həmçinin qeyri-qanuni mühacirlərə qarşı ABŞ tarixində ən böyük deportasiya proqramını həyata keçirəcəyini də bəyan edib. Digər tərəfdən, o, Meksikadan gələn mühacirləri azaltmaq üçün qeyri-qanuni ölkəyə giriş davam edərsə, gömrük rüsumlarını 75 faizə qədər artıra biləcəyini bildirib.

Digər tərəfdən, Tramp immiqrantların deportasiyası ilə mənzil sektoruna təzyiqin azalacağını da bildirib.

Külli miqdarda vergi azalması vədi 

Harris böyük korporasiyalar və ildə 400 min dollardan çox qazanan insanlar üçün vergiləri artırmaq istədiyini bildirib. Tramp isə trilyonlarla dollar vergi endirimi tətbiq edəcəyini və iqtisadi artımı artırmaq, idxala vergiləri artırmaqla onları maliyyələşdirəcəyini vəd edib.
 
Xarici siyasətdəki məqamlar

Seçkilərin dünyanı yaxından maraqlandıran hissəsi təbii ki, Trampın xarici siyasəti olacaq. ABŞ-nı beynəlxalq siyasətdən təcrid edəcək siyasət yürüdən Tramp, Rusiya ilə danışıqlar apararaq 24 saat ərzində Ukraynada müharibəni bitirəcəyini vəd edib.

Maraqlı məqamlardan biri isə, Trampın özünü İsrailin sadiq tərəfdarı kimi təqdim etməsidir. Lakin o, Qəzzada müharibəni necə bitirəcəyi ilə bağlı açıqlama verməyib.

Digər tərəfdən Trampın \"Suriyadan çəkilirik” kimi açıqlamaları buna nail olacağı təqdirdə Yaxın Şərqdəki proseslərə dərindən təsir edəcək.
 
Günel Hüseynli
Seçilən
88
24
azxeber.com

10Mənbələr