AZ

Kolbasa firması “Abşeron-2000” yenə cərimələndi

Dəfərlərlə mənşəyi məlum olmayan və vaxtı ötmüş xammaldan istifadə etməklə kolbasa istehsal edən “Abşeron-2000” fərdi firması ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Abşeron-2000” fərdi firmasının İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Firma ilə bağlı iş baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib. 14 noyabr tarixində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, uzun müddət əvvəl də Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 2 ünvanında yerləşən “Abşeron-2000” fərdi firmasında mənşəyi bəlli olmayan və saxlama müddəti ötmüş xammal, inqridiyent və ədviyyatlardan istifadə edilməklə kolbasa məmulatlarının istehsal edildiyi, anbarda olan 1850 kq müxtəlif çeşidli hazır kolbasa məhsullarının üzərində istehsal tarixinin göstərilmədiyi, mallar satışa buraxılarkən onun üzərinə saxta istehsal tarixinin yazıldığı, ticarət şəbəkəsində müxtəlif səbəblərdən yarasız hala düşdüyü üçün geri qaytarılmış 570 kq-dan çox kolbasa məmulatlarının və aşkar keyfiyyətsizlik əlamətləri olan 530 kq ət və toyuq farşının xammal kimi istifadə olunduğu aşkar edilmişdi. Elə həmin il İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Abşeron-2000” fərdi firmasının istehsal etdiyi və insan sağlamlığı üçün təhlükə törədə biləcək kolbasa məmulatlarını almamağı tövsiyə etmişdi.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Seçilən
22
tribunainfo.az

1Mənbələr