İran Rumıniyanın da qoşulması ilə multimodal nəqliyyat marşrutunun işə salınmasına dair Gürcüstan və Ermənistan ekspertləri ilə üçtərəfli görüş keçirməyi təklif edir.
Söhbət Təbrizin yükdaşıma məntəqəsi kimi çıxış etdiyi İran-Ermənistan-Gürcüstan-Rumıniya dəhlizindən gedir.
Xüsusilə, Fars körfəzi hövzəsi ölkələrindən yüklər Çabahar limanına (İran), oradan Təbrizə (İran), oradan Ermənistana və dəmir yolu ilə Gürcüstana (Poti limanı) - daha sonra Rumıniyaya (Konstansa limanı) çatacaq.
Yeri gəlmişkən, Konstansa (Rumıniya) və Poti (Gürcüstan) arasında bərə reysi 3 iyul 2023-cü il tarixindən fəaliyyət göstərir.
Ülviyyə, Hurriyyet.az