AZ

“Əlibəyovların evi” plana düşüb?- Tarixi binanın söküləcəyi, yerində park salınacağı deyilir- FOTO

“Əlibəyovların evi” kimi tanınan bu binanın söküləcəyi barədə qeyri-rəsmi məlumat yayılıb. Avtosfer.az xıbır verir ki, yerli əhəmiyyətli memarlıq abidəsi (inventar nömrəsi: 3595) olduğunu nəzərə alsaq, inandırıcı görünmür. Bunun üçün abidə Nazırlər Kabinetinin qərarı ilə müvafiq siyahıdan çıxarılmalıdır.

Amma söhbət tək bu binadan getmir, onun yerləşdiyi ərazidəki bütün evlərin söküləcəyi deyilir.

Əraziyə isə Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələri, eləcə də 150 saylı məktəbin aşağı hissəsindən Baş Prokurorluğun arxa hissəsinə qədər yerləşən evlər daxildir.

“Əlibəyovların evi” 1903-cü ildə tikilib. Fasadı bir neçə il öncə təmir edilmişdi. Binanın xarici görünüşü kimi, daxili hissəsi də memarlıq baxımından cəlbedicidir.

Sözügedən ərazinin plana düşməsi barədə məlumatlar noyabrın əvvəlində yayılıb. Maraqlıdır ki, heç bir mənbəyə istinad edilmədən söküntünün COP29-dan sonra - dekabr və ya gələn ilin yanvarında başlanılacağı və ərazidə park salınacağı da bildirilib.

Aidiyyəti orqanların bu məlumatları təsdiq və ya təkzib etməməsi də təəccüblüdür.

Seçilən
12
avtosfer.az

1Mənbələr