Bir çoxumuz stresslə mübarizə üsulu olaraq şəkər, un və yağ tərkibi yüksək olan qidalara üstünlük veririk. Mütəxəssislər bu qidaların piylənmə, şəkər xəstəliyi kimi bir çox xəstəliklərə səbəb olduğunu bildirirlər.
"Unikal" stress səviyyəsini azaldan qidaları təqdim edir:
Balqabaq toxumu:
Stress zamanı yüksələn və stress əlamətlərini azaldan kortizol səviyyələrinin tənzimlənməsində rol oynayan maqneziumun əsas mənbəyidir. Stressli dövrlərdə qəlyanaltılarınıza bir ovuc balqabaq toxumu əlavə edə bilərsiniz.
Yulaf əzməsi:
Südünüzə və ya qatığınıza serotonin səviyyəsini artıraraq stressi azaldan yulaf əzməsini əlavə edərək sağlam qida hazırlaya bilərsiniz.
Qırmızı bibər:
Qırmızı bibər C vitamini mənbəyidir. C vitamini qanda stress hormonu olan kortizol səviyyəsini aşağı salaraq stressi aradan qaldırmağa kömək edir. Stressli vaxtlarda yeməklərinizə və ya salatlarınıza qırmızı bibər əlavə edə bilərsiniz.
Yaşıl Çay:
Tərkibində əhval pozğunluqlarına müsbət təsir göstərən L-Theanine amin turşusu var. L-Theanine stressi azaldan serotonin və dopamin hormonlarının istehsalına kömək edir, beyində stresslə əlaqəli kimyəvi maddələrin səviyyəsini aşağı salaraq stress və narahatlığı azaldır.
Somon:
Stresslə mübarizədə aktiv rol oynayan D vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı qaynadaraq və ya sobada bişirərək həftədə ən az iki dəfə istehlak edin.
Yaşıl mərcimək:
Əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən seleniumla son dərəcə zəngin olan yaşıl mərciməkləri salatlarınızda və ya yeməklərinizdə istifadə edərək stresslə mübarizəyə əlavə edə bilərsiniz.
Tünd şokolad:
Beyindəki serotonin və endorfin maddələrlə zəngin olan tünd şokolad əhval-ruhiyyəni səviyyəsini artırır. Buna görə də stressli anlarda özünüzü daha yaxşı hiss etmək üçün çayınızla birlikdə 70% kakao ehtiva edən şokolad istehlak edin.
Kefir:
Probiotik qidalar bağırsaq florasını tənzimləyərək stressi azaltmağa kömək edir. Kefir istehlak etməyi vərdiş halına gətirərək, təbii bağırsaq bakteriyalarına dəstək ola bilərsiniz. O, həmçinin, buna bağlı olan stresslə əlaqəli xəstəlik riskini də azaldır.
Qaragilə:
Stresslə mübarizədə təsirli olan dopaminin istehsalına kömək edir. Həmçinin, sərbəst radikallarla mübarizə aparan antioksidanlarla zəngindir.
Yumurta:
Serotonin yaratmağa kömək edən bir amin turşusu olan triptofanın əsas mənbəyidir. Zəngin D vitamini, sink, maqnezium və selen qaynağı olan yumurta stressə olduqca faydalıdır.
Zərifə Nağıyeva