"Milan" Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Real"a (3:1) qalib gəlməklə unikal nailiyyət əldə edib.
QOL.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
İtaliya klubu Çempionlar Liqası tarixində "Santyaqo Bernabeu" stadionunda "Real"ın qapısına 2 dəfə 3 və ya daha çox qol vuran ilk klubdur. A seriyası təmsilçisi bundan əvvəl 2009-cu ildə Madrid klubuna 3:2 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, hazırda "Milan" Çempionlar Liqasının 4 turdan sonra 6 xalla 18-ci yerdədir. Eyni xala malik “Real” 17-cidir.