AZ

Amerikada seçki məntəqəsinin işçilərini sel apardı - Ölənlər var

ABŞ-də seçki həyəcanı yaşanarkən, Missuri ştatında daşqınlar nəticəsində ikisi seçki məntəqəsinin işçisi olmaqla, beş nəfər həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Rayt qraflığında 70 yaşlı kişi və 73 yaşlı qadın sel sularının apardığı avtomobildə həlak olub. Əyalət polisi bildirib ki, cütlüyün meyitləri dörd saatdan çox sonra tapılıb.

Rayt dairəsinin seçki rəsmisi Loni Pedersen ölənlərin seçki rəsmiləri olduğunu təsdiqləyib.

Yanğınsöndürmə briqadaları sel sularında qalmış avtomobillərdən 10 nəfəri xilas etdiklərini bildiriblər.

Gülayə Mecid 

Seçilən
17
1
unikal.az

3Mənbələr