AZ

Zelenski cəza tələb edir

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Şimali Koreyaya qarşı ciddi tədbirlər görməyə çağırıb. 

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Prezident Volodimir Zelenski mətbuat konfransında Şimali Koreya qoşunlarının Kurskda Ukrayna ordusu ilə döyüşə girməsini qlobal dünyaya ciddi təhdid olduğunu bildirib: 

“Şimali Koreya əsgərləri ilə döyüşlərin başlanması dünyada qeyri-sabitliyin yeni səhifəsini açır. Beynəlxalq ictimaiyyət ilə birlikdə biz müharibənin genişlənməsinə yönələn Rusiyanın bu addımının qarşısını almaq üçün ciddi tədbirlər görməliyik,” . 

Prezident Zelenski beynəlxalq ictimaiyyətin münaqişənin genişlənməsinə reaksiyasının kifayət qədər sərt olmasının zəruriliyini vurğulayıb. Qeyd edək ki, Cənubi Koreya – Koreya Respublikasının Müdafiə Nazirliyi də Pxenyanın Rusiyaya 10 mindən çox hərbiçi göndərdirdiyini iddia edir. Nə Şimali Koreya, nə də Rusiya Qərb ölkələrinin və Cənubi Koreyanın iddialarına cavab verir. Kreml Pxenyanla münasibətlərini onun suveren hüququ olduğunu bəyan edib. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr