İranın ali rəhbəri Əli Xameneyinin ofisinə birbaşa tabe olan radikal və ultramühafizəkar mövqeli “Keyhan” qəzetinin məsul redaktoru Hüseyn Şəriətmədari noyabrın 11-22-i tarixlərində Azərbaycanda keçiriləcək COP29 Konfransına toxunaraq, dərc etdiyi sifarişli yazıda deyir ki, İran prezidenti Məsud Pezeşkianın sammit çərçivəsində Bakıya səfər edəcəyi xəbəri doğrudursa, o, təhlükəli tələyə düşüb və İrandakı qərbyönümlü dairələr İslam Respublikasının və şəxsən prezidentin onun şəxsiyyətinə ağır zərbə vuracaqlar.
Onun sözlərinə görə, İsrail prezidenti İsxak Hersoq da konfransa qatılacaq və “Pezeşkianın İsrail prezidenti ilə eyni sammitdə olmasına necə məhəl qoymamaq olar?”.
“Azərbaycanın müsəlman ölkə olaraq İsraili sammitə dəvət etməyə haqqı yoxdur. Bu, İslama və müsəlmanlara xəyanətdir. Biz Məsud Pezeşkiandan nəinki konfransda iştirakdan imtina etməsini, həm də Bakıya kəskin etirazını bildirməsini gözləyirik... Açıq-aydın görünür ki, Bakı sammitinə nə Pezeşkian, nə də İrandan heç bir nümayəndə heyəti qatılmamalıdır və şübhəsiz ki, qatılmayacaqlar...”, deyə, Şəriətmədari qərəzli iddia ortaya atıb.
Ülviyyə, Hurriyyet.az