AZ

Azərbaycan Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında hərbi əməkdaşlığın əhəmiyyətindən danışıb

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.

“Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Seçilən
9
27
poliqon.az

10Mənbələr