Ötən həftə Şahin Diniyevlə yollarını ayıran "Səbail"in müvəqqəti baş məşqisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisinin müvəqqəti baş məşqçisi "Səbail"in U-19 komandasının çalışdırıcısı Elvin Məmmədov olacaq.
Qeyd edək ki, Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"ə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib.