AZ

Kişinin xəyanət etdiyini necə anlamaq olar? – AÇIQLAMA

Son zamanlar xəyanət və xəyanətə görə ayrılma halları olduqca gündəmdədir. Hər bir insan xəyanətlə üzləşə bilər. Ölkəmizdə isə kişilərin daha çox xəyanət etdiyi məlumdur.

 

Bəs xəyanət edən kişi həyat yoldaşına necə davranır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, xəyanət edən kişilər xanımlarına fərqli şəkildə davrana bilərlər.

 

“Xəyanət edən kişi çox zaman öz hərəkətlərini gizlətməyə çalışır, həyat yoldaşını müəyyən şəkildə manipulyasiya edir və ya əlaqələrini qorumağa çalışır, eyni zamanda öz vicdanını rahatlaşdırmaq üçün bəzi davranışlar sərgiləyir. Bu kişilər evlilikdəki emosional və ya cinsi yaxınlığı azaltmağa meylli ola bilərlər. Yoldaşlarına qarşı daha az diqqət göstərir, onlarla az vaxt keçirir, əlaqəni daha səthi hala gətirirlər. Bu, çox zaman "iş" və ya "xarici amillər" adı altında gizlədilə bilər. Xəyanət edən kişi, öz davranışlarını gizlətmək üçün yoldaşını tənqid edə bilər. O, yoldaşının davranışlarını, münasibətini və ya həyatını günahlandıraraq özünü düzgün göstərməyə çalışır. Bu, bir növ, xəyanətinin "haqlı" olduğunu göstərməyə çalışmaq və ya məsuliyyəti üzərindən atmaq məqsədi güdür".

 

Psixoloq qeyd edib ki, bu kişilər yoldaşına qarşı gizliliyi artırmağa meylli olurlar:

 

“Məsələn, telefonlarını və ya sosial media hesablarını gizlətmək, daha az açıqlama vermək və ya çox vaxt tək başına hərəkət etmək kimi davranışlar müşahidə oluna bilər. Onlar yoldaşlarının sorğularına qarşı müdafiəkar və ya sərt cavablar verə bilərlər. Bəzi kişilər xəyanətini gizlətmək və yoldaşının qəlbini sındırmamaq üçün daha diqqətli və yaxşı davranmağa başlayarlar. Məsələn, onlara əvvəlkindən daha çox ilgi göstərə bilər, hədiyyələr alar və ya daha çox təvazökar olmağa çalışarlar. Bu, yoldaşlarının şübhələrini azaldaraq öz hərəkətlərini ört-basdır etməyə yönəlmiş manipulyasiya ola bilər. Onlar xanımlarına daha çox sevgi və maraq göstərməyə çalışır, lakin bu sevgi çox zaman suni və qeyri-səmimi ola bilər. O, yoldaşını əmin etmək istəyir ki, ona xəyanət etmir. Xəyanət edən kişilərin davranışları bir çox amilə bağlı olaraq dəyişə bilər. Bəzi kişilər xəyanətini gizlətmək üçün özlərini daha "mükəmməl" göstərməyə çalışır, digərləri isə sadəcə yoldaşlarını uzaqlaşdırmağa və münasibəti kənara qoymağa meylli olurlar. Xəyanətə məruz qalan tərəf, çox vaxt bunları hiss edər və münasibətdəki dəyişiklikləri anlamaya başlar. Belə vəziyyətlərdə düzgün ünsiyyət və qarşılıqlı anlayış vacibdir".

 

Ülkər Abdurahmanlı

Sfera.az

 

Seçilən
11
1
sfera.az

2Mənbələr