Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qubadlı rayonu və Mahmudçala Ovçuluq Təsərrüfatının Biləsuvar rayonu ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Qubadlı rayonu Zilanlı kənd sakini Nail Cabbarov və Biləsuvar rayonu Xırmandalı kənd sakin Elməddin İsmayılov olduğu müəyyən edilib, onlardan 2 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.