AZ

Rumıniyada benzin daşıyan qatar relsdən çıxıb

Rumıniyanın Mehedintz qraflığında, Drobeta - Turnu Severin şəhərindən (ölkənin cənub-qərbində) təxminən 30 km aralıda 27 vaqonda 1300 ton benzin daşıyan yük qatarı qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Məlumata görə, beş vaqon relsdən çıxıb, ikisi aşıb və yanacaq sızması baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər, jandarmlar və polis əməkdaşları təhlükəsizlik tədbirləri görüblər - yüksək gərginlikli elektrik xətti kəsilib, insanlar hadisə yerindən təxliyə edilib.
Ərazidə dəmir yolu hərəkəti dayandırılıb, nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilib.

Qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

Seçilən
6
ucnoqta.az

1Mənbələr