Böyük Britaniya Baş naziri Keir Starmer respublikaçı Donald Trampı ABŞ prezident seçkilərində qazandığı tarixi qələbə münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, o, iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə ümid etdiyini bildirib.
“Yeni seçilmiş prezident Trampı tarixi qələbəsi münasibətilə təbrik edirəm. Gələcək illərdə də sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Ən yaxın müttəfiqlərimiz olaraq, azadlıq, demokratiya kimi ümumi dəyərlərimizi müdafiə etmək üçün çiyin-çiyinə dayanırıq”, – Stramer qeyd edib.
Azpost.info