Rusiya Federasiya Şurası KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib. Sənəd Moskva və Pxenyan arasında qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tərəfdaşlığın əsasını qoyur.Ölkə liderləri sazişi hələ iyun ayında - Putinin KXDR-ə səfəri zamanı imzalayıblar. Müqavilənin maddələrindən birinə görə, iştirakçılardan biri silahlı hücuma məruz qalarsa, digəri dərhal hərbi və digər yardımlar göstərəcək.Eyni zamanda, çərşənbə günü bir qədər sonra Rusiyanın Şimali Koreyadakı səfiri Matseqora bildirib ki, Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Huinin Rusiyaya son səfərindən sonra Moskva və Pxenyan mühüm razılaşmalar əldə ediblər.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
Rusiyada miqrantlara kütləvi şəkildə iş icazəsi verilməyə başlanıb
İsrail qabaqlayıcı hücum üçün SEPAH-ın fəaliyyətini monitorinq edir