AZ

Azərbaycanın təşəbbüsü ilə Dini liderlərin məşvərət şurasının yaradılması nəzərdə tutulur

Bakı. Trend:

Azərbaycanın təşəbbüsü ilə Dini liderlərin məşvərət şurasınınyaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə,Dini Liderlərin Bakı Qlobal Sammitinin yekunlarına həsr edilmişmətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədriAllahşükür Paşazadə məsələyə münasibət bildirərkən qeyd edib ki,dünyada qəbul edilən qərarlarda din xadimlərinin iştirakı vacibməsələdir.

“Həmin şurada dünyanın müxtəlif ölkələrindən din xadimləritəmsil olunacaq. Məqsəd odur ki, din xadimləri dünyada qəbul edilənqərarlarda iştirak etsinlər. Misal üçün BMT-də və ya digərbeynəlxalq təşkilatlarda qəbul edilən qərarlarda din xadimlərininrəyinin nəzərə alınması önəmli amildir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Məqalədə:
Seçilən
31
2
az.trend.az

3Mənbələr