AZ

Tramp hökumətində kimlər hansı vəzifəni tutacaq? - SİYAHI

Donald Trampın prezidentliyi dövründə ABŞ hökumətində vəzifə tutacaq şəxslərin kimliyi indi əsas maraq doğuran suallardan birini təşkil edir.

 “Cebheinfo.az”-ın məlumatına görə, artıq Donlad Tramp artıq bu barədə bəzi açıqlamalar verib.

Qarşıdakı dörd ildə Tramp Dövlət katibi postuna əvvəllər ABŞ-nin Almaniyadakı keçmiş səfiri və milli kəşfiyyatın direktoru vəzifəsini icra etmiş Riçard Qreneli təyin etmək istəyir. 

Qrenel Trampın yaxın çevrəsində nüfuzlu xarici siyasət müşaviri olub. O, seçki prosesində keçmiş prezidentə dəstək vermək üçün xarici liderlərlə görüşməyə davam edib.

Nevada ştatında yaşayan Qrenel 2020-ci ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edib. 

Tramp Qreneli “Mənim səfirim” adlandırıb və prezident seçiləcəyi təqdirdə dövlət katibi təyin edəcəyini deyib. 

Müdafiə naziri vəzifəsinə isə Trampın irəli sürmək istədiyi namizədin adı çoxlarına tanışdır. Donald Trampın birinci prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri və Dövlət katibi postlarına rəhbərlik etmiş Mayk Pompeo ona ən sadiq şəxslərdən sayılır. 

Tamp bu dəfə Pompeoya müdafiə naziri vəzifəsini həvalə etməyi düşünür. Lakin Mayk Pompeo son vaxtlar xarici görünüşünə görə çox dəyişib. Həddindədn artıq arıqlayan keçmiş dövlət katibinin əvvəlki görkəmi qalmayıb. 

Lakin o, Trampın müdafiə naziri vəzifəsinə yeganə namizədi deyil. Milli Qvardiyanın xüsusi təyinatlılarının ehtiyatda olan polkovniki Mayk Uolts da müdafizə naziri olmağa əsas namizədlərdən biri sayılır. 

Hətta amerikalılar onun dövlət katibi təyin ediləcəyini də ehtimal edirlər. Uolts əsas məsələlərdə, o cümlədən Ukrayna ilə bağlı mövqeyinə görə Trampı müdafiə edib. Onun fikrincə, ABŞ müharibədən əziyyət çəkən ölkəyə daha çox hərbi yardım göstərməkdənsə, öz sərhədini qorumalıdır.

Trampın öz administrasiyasında daha bir məhşur şəxsə vəzifə təklif edib. O, sabiq prezident Robet Kennedinin oğlu kiçik Robert Frensis Kennedini ərzaq və dərman naziri təyin etmək niyyətindədir. 

Tramp maliyyə naziri vəzifəsinə milyarder Hovard Lyutniki gətirmək istəyir.

Lyutnik 2023-cü ilin oktyabr ayında HƏMAS-la müharibə başladıqdan sonra İsrailin qatı tərəfdarı kimi tanınır.

Lyutnik hazırda Trampın keçid komandasında aparıcı rol oynayır və o, keçmiş prezidentin mümkün ikinci müddəti üçün kadr heyətinə nəzarət edir.

Tramp məhşur toxnologiya milyarderi, “SpaceX” şirkətinin qurucusu, baş direktoru və mühəndisi, “Tesla” şirkətinin investoru və baş direktoru, “X” sosial platformasının sahibi İlon Maska da öz hökumətində nazir postu təklif edib.

Lakin Mask seçki prosesində Trampa dəstək versə də, konkret nazir işi ilə məşğul olmaq istəmədiyini deyib. 

Seçilən
11
6
cebheinfo.az

10Mənbələr