AZ

Güləş məşqçilərinin seminarı başladı

Azərbaycan Güləş Federasiyası (AGF) məşqçilərin Ümumrespublika seminarına start verib.

Msport.az xəbər verir ki, ilk belə tədbir Naxçıvanda keçirilib.

Muxtar Respublikanın güləş məşqçiləri üçün təşkil edilən seminar nəzəri və praktiki hissədən ibarət olub.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin akt zalında təşkil edilən tədbirin nəzəri hissəsində Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Taleh İbrahimov bu seminarın Naxçıvanda güləşin inkişafına təkan olacağını bildirib.

AGF-nin mətbuat katibi Sərxan Musayev son vaxtlar federasiya tərəfindən görülmüş işlərdən, icra edilən layihələrdən və qarşıdakı planlardan söz açıb.

Sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov Naxçıvan güləşinin ənənələrindən və məşqçilərin daha məsuliyyətlə çalışması fonunda yenidən Muxtar Respublikada bu idman növündə tərəqqiyə nail olmağın mümkünlüyündən danışıb.

AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev güləş qaydalarına toxunub və video təhlillə müxtəlif yarışlardakı mübahisəli epizodlarda verilən qərarları vurğulayıb.

Uşaq Gənclər İdman Məktəbinin idman zalında seminarın praktiki hissəsi baş tutub. Ə.Novruzov nümunəvi məşq keçib və müxtəlif fəndlərin icrasını, müdafiə üsullarını ətraflı şəkildə izah edib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Şirvan şəhərində keçiriləcək.

Seçilən
23
3
msport.az

4Mənbələr