AZ

Rumıniyada 1300 ton benzin daşıyan qatar relsdən çıxıb

Rumıniyanın cənub-qərbində 1300 ton benzin daşıyan yük qatarı qəzaya uğrayıb.

AZƏRTAC Rumıniya radiosuna istinadla xəbər verir ki, qatarın beş vaqonu relsdən çıxıb, ikisi aşıb və yanacaq sızması baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər, jandarm və polis əməkdaşları təhlükəsizlik tədbirləri görüblər - yüksək gərginlikli elektrik xətti kəsilib, insanlar hadisə yerindən təxliyə edilib. Ərazidə dəmir yolu hərəkəti dayandırılıb, nəqliyyat vasitələrinin axını başqa istiqamətə yönləndirilib.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsindən bildirilib ki relsdən çıxan vaqonlardan yanacağın götürülməsi böyük ehtiyatlılıq və xüsusi texniki vasitələr tələb edir. Yəni, söhbət uzun sürən və partlama riski olan mürəkkəb əməliyyatdan gedir.

Dəmir yolu qəzasının səbəblərini təhqiq etmək üçün komissiya yaradılıb.

Seçilən
12
1
yeniazerbaycan.com

2Mənbələr