AZ

Azərbaycan xalqı üçün Dövlət Bayrağı günü müqəddəs tarixdir

 “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”Ulu Öndər Heydər Əliyev“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevHər bir dövlətin tarixi, idarəetmə sistemi və dövlətçilik ənənələri onun rəmzilərində, atributlarında   özünü göstərir. Azərbaycan Respublikasının müstəqilliyini, keçdiyi uzun tarixi inkişaf dövrünü, xalqımızın maddi və mənəvi mədəniyyət zənginliyini özündə təcəssüm etdirən dövlət rəmzləri onun himni, gerbi və bayrağıdır. Azərbaycan Respublikasının dövlət himninin, gerbinin və bayrağının özünəməxsus mənaları və tarixləri vardır.Dövlət bayrağının yaranması tarixi 20-ci əsrin əvvəllərinə dayanır. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti başlıca vəzifələrindən biri müstəqil dövlət üçün mühüm məsələlərdən olan dövlət himninin, gerbinin və bayrağının qəbul edilməsi idi. Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Lakin sadəcə iki il ömür sürən  AXC süqut etdikdən sonra ölkədə bu bayraqdan imtina edilmişdir. İkinci dəfə həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci ildə isə yenidən Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə  imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd edilir.Azərbaycan Respublikasının dövlət bayrağı onun qürur mənbəyi, müstəqillik rəmzidir. Azərbaycan Respublikasının “Dövlət bayrağından istifadə qaydaları” haqqında qanuna əsasən hər bir Azərbaycan vətəndaşı dövlət bayrağına hörmət etməli və bu ruhda tərbiyə edilməlidir. Hər bir azərbaycanlının borcudur ki, öz müqəddəs üçrəngli bayrağını həmişə qorusun və hər şeydən üstün tutsun. Bu bizim öz bayrağımıza olan sevgimizin, sədaqətimizin göstəricisidir. Dövlət bayrağı milli həmrəyliyimizin, bir bayraq, bir dövlət və bir amal ətrafında sıx birləşməyimizin başlıca amillərindəndir.Bu gün bütün Azərbaycan ərazisində, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Xankəndidə, Xocalıda, Cəbrayılda, bütün Qarabağ torpaqlarında Azərbaycanın dövlət bayrağının dalğalanması ölkəmiz və xalqımız üçün böyük qürurdur və bizim müstəqillik tariximizdə mühüm əhəmiyyətə malikdir.Valeh Əmrahov Nizami Rayon Gənclər və İdman Sektorunun əməkdaşı

Seçilən
21
missiya.az

1Mənbələr