AZ

“Bakı və İrəvan arasında sülh sazişini dəstəkləyirik” –Makron və Tokayev Bəyanat verdi

“Biz Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstəyimizi ifadə etdik”.

Azpost.info bildirir ki, bu sözlər  Fransa Prezidenti Emmanuel Makron və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin imzaladığı  “Qazaxıstan və Fransa arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Bəyannamə”də qeyd olunub.

“Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və hər iki dövlətin ərazi bütövlüyünə hörmət etməklə və 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında regionda ədalətli və davamlı sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstəyimizi ifadə etdik”-deyə Bəyannamədə vurğulanır.

Prezidentlər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini vurğulayıblar.

“Biz bütün regional və beynəlxalq məsələlər, xüsusən Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət, eləcə də BMT çərçivəsində sülhməramlı əməliyyatlar üzrə qarşılıqlı məsləhətləşmələri dərinləşdirmək əzmini qeyd etdik”-deyə sənəddə qeyd olunur.

 

 

Seçilən
24
azpost.info

1Mənbələr