AZ

Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək

Qırğızıstan 2050-ci ilədək karbon neytrallığına nail olmağa çalışır.

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşünün açılışında deyib.

"Biz tərəflərə dayanıqlı gələcəyə nail olmaq üçün birlikdə işləməyi təklif edirik. Biz Azərbaycandan Qırğızıstanın COP29-da dağlıq ərazilərin dayanıqlı inkişafı ilə bağlı təşəbbüsünü dəstəkləməsini xahiş edirik", - o bildirib.

Prezident, həmçinin türk dövlətlərini dayanıqlı gələcəyin qurulmasına töhfə vermək üçün COP29-da fəal iştirak etməyə çağırıb.

Seçilən
27
1
ikisahil.az

2Mənbələr