1999-cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin olunanda bizim çox geniş söhbətimiz oldu. Universitetin tarixindən tutmuş, mənim fəaliyyətimə qədər bir çox məsələ haqqında söhbət etdik.
Bunu Modern.az-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərəmov deyib.
"Ümummilli liderimiz mənə çoxlu məsləhətlər verdi. Bu 20 ildə hər dəfə qələmi əlimə alıb nəsə imzalayanda, o məsləhətlər yadıma düşüb, həmişə ədalətli olmağa çalışmışam. Tələbələrin xaric olunması üçün sənədə imza atanda səhərə qədər yatmadığım günlər olub. O sənədə imza atana qədər 4-5 dəfə tələbəni, müəllimi çağırıb danışmışam, bəzən məsələləri həll edə bilmişəm, bəzən də məcbur qalıb həmin sənədə imza atmışam".