Koksaki virusu bütün Rusiyaya yayılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, artıq Moskva və vilayət də daxil olmaqla 9 regionda epidemiyalar aşkar edilib.
Virus qızdırma, öskürək, burun axması, boğaz ağrısı, səpgi və ishal ilə müşayiət olunur.
Qarşısının alınması üçün əlləri daha tez-tez yumaq, içmək və yeməklərdə istifadə üçün yalnız steriliozə edilmiş və ya qaynadılmış sudan istifadə etmək tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az