2003-cü ildə “Sihirli annem” serialında Yavuz obrazını canlandıran aparıcı-aktyor Jess Molho boşanır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor və həyat yoldaşı Zeynep Molho boşanmaq üçün məhkəməyə müraciət edib.
Z.Molho əri tərəfindən fiziki, psixoloji və iqtisadi zorakılığa məruz qalmasını iddia edib və ondan 40 milyon lirə (1 milyon 980 min manat) təzminat tələb edib.
Övladlarının qəyyumluğunu da tələb edən Zeynep Molho ərizəsində ümumilikdə 700 min lirə (34 650 manat) aliment ödənilməsini qeyd edib.
Onun iddialarını təkzib edən Jess isə həyat yoldaşının ona idman məşqçisi ilə xəyanət etdiyini, spirtli içkilərə aludə olduğunu və əsəb pozğunluğu yaşadığını bildirib.
Qeyd edək ki, cütlük 22 ildir, evlidir, iki övladı var.