Bişkek. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ticarət-iqtisadi,energetika, maliyyə və investisiya sahələrində əlaqələrqurulub.
Trend xəbərverir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BişkekdəTürk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci ZirvəGörüşündə çıxışı zamanı bildirib.
"Hesab edirəm ki, Türk İnvestisiya Fondunun səmərəli fəaliyyətitürk ölkələrinin inteqrasiyasının dərinləşməsinə töhfə verən addımoldu. Hazırkı sammitin qırğız qardaşlarımızın təklif etdiyi “Türkdünyasının güclənməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf,rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusu bütüniştirakçı ölkələrin maraqlarına cavab verir", - deyə obildirib.
Tokayev qeyd edib ki, son 10 ildə TDT üzvləri arasında iqtisadiəlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib.
“2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyarddolları ötüb” – deyə, Tokayev əlavə edib.