AZ

COP29 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaq - Vladanka Andreeva

Bakı. Trend:

COP29 təkcə iqlim gündəmi üçün deyil, həm də 2030 Dayanıqlıİnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisəolacaqdır.

Trend xəbərverir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreeva "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətrafmühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanınvə milli standartın təqdimatı"na həsr olunmuş Konfransdabildirib.

"COP29 təkcə iqlim gündəmi üçün deyil, həm də 2030 Dayanıqlıİnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisəolacaqdır. Qarşıdakı illər qətiyyətli tədbirlər tələb edəcək -imkanlar pəncərəsi sürətlə bağlanır, heç kimin geridə qalmamasınıtəmin etməklə, iddialı öhdəliklər götürmək və qlobal miqyasda butəşəbbüslərin maliyyələşdirilməsinə razılıq vermək üçün az vaxtqalır. Hər kəsin səyinə ehtiyacımız var. Biznes və özəl sektorun buiqlim təşəbbüsünün bir hissəsi olması vacibdir. Qarşıdakı illərdəsizin rolunuz əhəmiyyətli olacaq və qlobal istiləşməni 1,5°C-dənaşağı saxlamaq üçün indi hərəkətə keçməliyik", - deyə obildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
36
1
az.trend.az

2Mənbələr