AZ

Fransa və Qazaxıstan bəyannamə imzaladılar

Fransa və Qazaxıstan prezidentləri Parisdə birgə bəyannamə imzalayıblar.

“Cebheinfo.az”-ın məlumatına görə, Qasım Jomart Tokayevin Fransaya səfəri zamanı imzalanmış sənəddə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək ifadə olunub.

Yelisey sarayının rəsmi saytında prezidentlər Emmanuel Makron və Qasım Jomart Tokayevin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı imzaladıqları birgə bəyannaməyə istinadən məlumat yayılıb.

“Prezidentlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq, regionda ədalətli və sabit sülhün bərqərar olmasına xidmət edən sazişin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər”. 

Qeyd edilir ki, prezidentlərin birgə bəyannaməsində tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini də vurğulayıblar.

Seçilən
37
cebheinfo.az

1Mənbələr