AZ

Özbəkistan TDT ölkələrini daşımalar zamanı elektron sənəd dövriyyəsinə keçid barədə saziş imzalamağa çağırıb

Bişkek. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk DövlətləriTəşkilatına (TDT) üzv ölkələri daşımalar zamanı elektron sənəddövriyyəsinə keçid və onun Təşkilat çərçivəsində qarşılıqlıtanınması haqqında çoxtərəfli saziş imzalamağa çağırıb.

Trend xəbər verir ki, o bubarədə Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının11-ci Zirvə Görüşü zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz üzrə tranzit tariflərininoptimallaşdırılması, sərhəd keçidi proseslərinin sadələşdirilməsi,müasir logistika sistemlərinin və birgə operatorların yaradılmasıTəşkilatın ümumi maraqlarına tamamilə uyğundur.

“Bu aktual məsələlərin biznes nümayəndələrinin iştirakı iləətraflı müzakirəsi üçün Türk dövlətlərinin Logistika Mərkəzləri vəYükdaşıyıcılar Alyansı ilə birgə Beynəlxalq Logistika Konfransıkeçirməyi təklif edirik”, - Ş.Mirziyoyev qeyd edib.

Seçilən
16
1
az.trend.az

2Mənbələr