AZ

DYP sürücülərə müraciət edib

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib.

APA xəbər verir ki, müraciətdə deyilir:

8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Seçilən
23
4
apa.az

10Mənbələr