Son dövrün ən aktual məsələlərindən biri də sahibsiz heyvanlarla mübarizədir. Sahibləri tərəfindən azdırılan, küçələrə atılan itlər, pişiklər və digər heyvanlar sahibsiz adı altında yaşamağa davam edirlər.
Ölkədə sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı hadisələr tez-tez yaşanır. İnsanlari narahat edən başlıca problem isə küçədə qarşılaşdıqları heyvanların quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilmə reallığıdır.
News365.az xəbər verir ki, bu dəfə sahibsiz itlərdən redaksiyamıza şikayətçi olanlar Masallı rayonunun sakinləridir.
Sakinlər sürü halında gəzən sahibsiz itlərin insanlara hücumlarından xeyli giley-güzar edirlər.
"Sahibsiz itlər rahatlığımızı əlimizdən alıb. Bir baxan, maraqlanan da yoxdur. Övladlarımız üçün narahatıq, uşaqlarımızı məktəbə apara bilmirik. İtlərin əlindən nəinki gecə, heç gündüz də küçəyə çıxmaq olmur. Dərdimizi kimə deyək?".
Sakinlər eyni zamanda yolların bərbad vəziyyətdə olmasından da şikayət edirlər.
News365.az videonu təqdim edir:
Vəfa Vəliyeva, News365.az