AZ

“Atam qarşımda şərt qoydu ki, uşağını atasına ver” - Xoşqədəm Hidayətqızı

Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişidə atası ilə bağlı etiraf edib. 

 

Sfera.az xəbər verir ki, o bildirib ki, valideyni onun qarşısında övladı ilə bağlı şərt qoyub.

 

“Mənim atam qarşımda şərt qoydu. O söylədi ki, uşağı verəcəksən atasına. O, arxamcada gəlmişdi. Məndə ona dedim ki, mən sənin üçün doğayam. Sən mənim üçün həyacan keçirirsən və xoşbəxtliym üçün çalışırsan. Bəs mənə sabah övladım deməyəcək ki, sən atanı, atanda səni seçmişdi, məni sən niyə seçmədin və xoşbəxtliyimi istəmədin? Atam bu sözlərimdən sonra ağlayıb məni qucaqladı və söylədi ki, qızım sən düz deyirsən, övladından vazkeçmə. Beləcə biz bir-bir anlaşdıq”, - deyə Xoşqədəm vurğulayıb.

 

Qeyd edək ki, Xoşqədəm oğlu Zaur Qocayevi 1999-cu ildə dünyaya gətirib. O, Londonda təhsil alıb. Xoşqədəm illər sonra ikinci dəfə Türkiyəli müğənni Doğuşla ailəli qurub. Cütlüyün bu evlilikdən Arın və Arda adlı iki əkiz övladı var.

 

Seçilən
41
50
sfera.az

10Mənbələr