AZ

Özbəkistan Türk İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsi məsələsinə baxılmasını təklif edib

Bişkek. Trend:

Özbəkistan Türk İnvestisiya Fondunun fəaliyyətininaktivləşdirilməsi məsələlərinə baxmağı təklif edib.

Trend xəbər verir ki, bunuÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bişkekdəkeçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət BaşçılarıŞurasının iclasında çıxış zamanı bildirib.

“Hazırda mürəkkəb qlobal iqtisadi şəraitdə ən aktual məsələinvestisiya proseslərinin davamlılığını təmin etməkdir. Dünyamaliyyə bazarında kapitala tələbat və onun dəyəri artır. İnkişafetməkdə olan ölkələrə uzunmüddətli və "yaşıl" kreditlərin ayrılmasışərtləri çətinləşir”, - Prezident vurğulayıb.

Ş.Mirziyoyev vurğulayıb ki, TDT çərçivəsində dövlətlər maliyyəalətlərinin tətbiqinə ciddi diqqət yetirməlidirlər.

"Bizim təşəbbüsümüzlə Türk İnkişaf Bankının yaradılmasıməsələlərini nəzərdən keçirməyi zəruri hesab edirik", - o qeydedib.

"Beynəlxalq maliyyə institutlarının və xarici investisiyaşirkətlərinin regional əhəmiyyətli layihələrə geniş cəlb olunmasıda aktualdır. Bu baxımdan Türk İnvestisiya Forumunun təşkilinitəklif edirik və ilk iclasını Özbəkistanda keçirməyə hazırıq ", -Özbəkistan Prezidenti əlavə edib.

Seçilən
24
az.trend.az

1Mənbələr