Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-dəki prezident seçkilərinin nəticələri ilə bağlı “Telegram” hesabından paylaşım edib.
“AzPolitika” xəbər verir ki, Medvdev sözügedən paylaşımında seçkidə respublikaçı rəqibi Donald Trampa məğlub olan ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi hədəf alaraq bunları yazıb:
“Kamala Harrisin işi bitdi. Qoyun o, gülməyə davam etsin. Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməz olaraq qalacaq və biz bu məqsədlərimizə çatacayıq".
“AzPolitika.info”