Ankara Böyükşəhər Bələdiyyəsinin 29 Oktyabr Cümhuriyyət bayramı tədbirləri çərçivəsində çıxış edən Ebru Gündeşə 69 milyon lirə (3 milyon 500 min manat) ödədiyi ilə bağlı iddialar davam edir.
Publika.az xəbər verir ki, CHP-dən Mansur Yavaşın 19 May Gənclik və İdman Bayramı çərçivəsində təşkil edilən “Mor ve Ötesi” qrupunun konserti üçün 71 milyon 520 min lirə (3 milyon 700 min manat) ödədiyi məlum olub.
Ankara Böyükşəhər Bələdiyyəsinin konsert üçün “Enfest Organisation Tourism Import Export Construction Contracting Limited Company” ilə birbaşa tender yolu ilə razılaşdığı üzə çıxıb.
1 gecəlik konsert üçün bələdiyyənin xəzinəsindən 71 milyon 520 min TL çıxdığı görülüb. Oktyabrın 29-da keçirilən və 69 milyon lirəlik qiyməti ilə ictimaiyyətin hiddətinə səbəb olan Ebru Gündeş konsertinin də təşkilatçısı Yavaşın seçki kampaniyasını həyata keçirən “Enfest Organisation” şirkəti olduğu məlum olub.