“SKODA” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Skaz Autohous” şirkəti ilə bağlı cərimə protokolu tərtib edilib.
xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Skaz Autohous” MMC ilə bağlı iş baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib. 15 noyabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimə protokolu yazılan “Skaz Autohous” MMC-nin qanuni təmsilçisi, baş direktoru Tğrul Paşayevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar