AZ

Amorimin “Yunayted”dən ilk istəyi – Xviça Kvaratsxeliya

İngiltərə Premyer Liqa klublarından “Mançester Yunayted” yayda heyətini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, komanda yeni baş məşqçi Ruben Amorim üçün transferlərə ciddi bir məbləğ ayıracaq.

39 yaşlı məşqçinin “qırmızı şeytanlar”dan ilk istədiyi oyunçu isə “Napoli”dən Xviça Kvaratsxeliyadır.

İngilislər, İtaliya klubu ilə 2027-ci ildə müqaviləsi yekunlaşacaq futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.

Kvaratsxeliya ilə “Yunayted”dən başqa, “Barselona” və “Çelsi” klubları da maraqlanır.

Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm çıxdığı 13 rəsmi matçda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Liverpul"da "ikinci Salah" - Daha bir misirli ada yolunda

2-ci Fiqo qalmaqalı: Meydançaya donuz başı atıldı - VİDEO

"Fənərbaxça"nın şanssızlığı - və ya 11 illik həsrət

Salah: "Enfild"də qol vurmağın necə bir hiss olduğunu heç vaxt unutmayacağam"

Haaland Çempionlar Liqası matçını buraxa bilər

Seçilən
8
apasport.az

1Mənbələr