AZ

Tramp seçildi, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün nələr edəcək? - ŞƏRH

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp tələb olunan 270 seçici səsi həddini keçərək 277 səs toplayıb. Artıq Tramp siyasi qələbəsini elan edib və özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb. Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağını və Üçüncü Dünya müharibəsinə yol verməyəcəyini bəyan edib.

 

Maraqlıdır, Tramp Ukrayna-Rusiya müharibəsi gedişatında hansı addımı atacaq?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Nazim Cəfərsoy bildirib ki, seçki kampaniyasında Tramp müharibəni bir gündə dayandıra biləcəyini və Ukraynaya maliyyə dəstəyini kəsəcəyini desə də, bu proses o qədər də sürətli olmayacaq:

 

“Tramp üçün Ukrayna müharibəsi Rusiya, Avropa Birliyi, Ukrayna, hətta Çin ilə münasibət və müzakirələrdə çox ciddi bir “kozır”dır. ABŞ-nin prezidenti, uğurlu iş adamı və çox ağıllı bir şəxs olan Tramp bu cür strateji “kozır”ı qarşılığında ciddi şeylər almadan heç kimə, xüsusilə də Putinə tam mənası ilə təslim etməz”.

 

Politoloq qeyd etdi ki, Tramp Ukrayna müharibəsi prosesindən hərbi və maliyyə baxımdan mərhələli şəkildə çəkilə bilər:

 

“Siyasi və diplomatik olaraq isə bölgədə ciddi fəallıq ortaya qoyacaq. Çünki sürətli çəkilmə ortaya çıxan boşluğu Rusiyanın və hətta Çinin geosiyasi olaraq doldurması deməkdir. Üstəlik AB-nin yalnız buraxılması Trampın seçim şüarı MAGA-ya (Make America Great Again) zərər verəcək bir proses olar.Həmçinin Ukrayna geosiyasi mövqeyi, təbii mənbələri, iqtisadi potensialı, demoqrafiyası və müharibədəki hərbi müqavimət gücü ilə ABŞ-nin Avrasiya coğrafiyasında gözardı etməyəcəyi bir ölkədir. Tramp Ukraynanı itirərək deyil, qazanılmış müttəfiq ölkə olaraq yanında tutmağa çalışacaq. Bunu müharibəni davam etdirərək yox, Ukrayna üçün daha uyğun şərtlərdə sülh əldə etməyə çalışaraq ortaya qoyacaq”.

 

Firuzə Əliyeva
 

Seçilən
22
36
sfera.az

10Mənbələr