Məşhur braziliyalı futbolçu Marselo “Fluminense”dən qovulub.
Klub rəhbərliyi onunla yolları ayırıb.
Rio de Janeyro klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, müdafiəçinin müqaviləsinə xitam verilib. Buna 37 yaşlı futbolçunun baş məşqçi Manu Menezeşlə mübahisə etməsi səbəb olub. Marselo Braziliya çempionatının “Qremio” ilə matçında (2:2) oyuna daxil olarkən baş məşqçinin ona verdiyi taktiki tapşırıqlara etiraz edib. Buna görə də Menezeş dəyişikliyi dərhal ləğv edib və futbolçunu meydana buraxmayıb.
Qeyd edək ki, Marselo karyerasının ən parlaq dövrünü “Real”da keçirib. 2007-22-ci illərdə Madird klubu ilə 387 oyuna çıxıb və 27 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta