Belçikalı Raca Naynqolanın karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi dəqiqləşib.
İdman.biz “Sportinfo.az”a istinadən xəbər verir ki, İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçinin "Karvan"la apardığı danışıqlar artıq yekunlaşıb.
36 yaşlı ulduz I Liqa təmsilçisindən kifayət qədər yüksək əməkhaqqı tələb edib. Odur ki, Yevlax klubu Belçika yığmasının sabiq üzvüylə münasibətləri rəsmi müstəviyə keçirməyib.
O, karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen"in formasını geyinib.
Roja son olaraq İndoneziyada "Bayanqkara"nın şərəfini qoruyub. Bu ilin iyulundan azad agentdir. Hazırda onun transfer dəyəri 325 min avrodur.
İdman.biz