Çempionlar Liqasında Lissabon “Sportinq”inə gözlənilməz səfər məğlubiyyəti “Mançester Siti”nin möhtəşəm silsiləsinə xitam verib.
Arena.az xatırladır ki, “şəhərlilər” “Joze Alvalade” stadionundan “şirlər”ə 1:4 hesabı ilə məğlub olublar.
Bu məğlubiyyət nəticəsində “Mançester Siti”nin Çempionlar Liqasında 26 oyundan ibarət ardıcıl məğlubiyyətsizlik silsiləsi qırılıb. Bununla belə, “şəhərlilər”in ispan mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında sürdürdüyü bu silsilə Çempionlar Liqasının rekordu olaraq qalır. Müvafiq göstəricidə ikinci nəticə, “Mançester Siti”nin əzəli rəqibi “Mançester Yunayted”ə aiddir. “Qırmızı şeytanlar” əfsanəvi şotland mütəxəssis Ser Aleks Ferqyusonun rəhbərliyi altında ardıcıl 25 oyunda məğlubiyyət tanımayıblar.
4 turdan sonra “Mançester Siti” 7 xalla Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Sportinq” isə 10 xalla 2-ci sıradadır.